Çərşənbə , Yanvar 1 2025
azfa

Rəisinin müavini zəlzələ bölgəsində fakt qarşısında vəziyyətdən xəbərləri olmadığı iddia etdi

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran prezidentinin birinci vitse-prezidenti Məhəmməd Moxber zəlzələ baş vermiş bölgədə əhalinin acınacaqlı vəziyyəti ilə tanış olandan sonra fakt qarşısında qalaraq xəbərləri olmadığı və onlara guya hər şeyin yaxşı olduğu deyildiyi iddia edib.

Məhəmməd Moxber zəlzələ baş vermiş bölgədə əhalinin acınacaqlı vəziyyəti ilə tanış olub və Qırmızı Aypara Cəmiyyətinin məsul şəxslərini danlayıb: “Xoyun zəlzələdən zərər çəkmiş qəsəbələrində niyə vəziyyətin yaxşı olduğunu, hamının qayğısına qaldığınızı deyirsiniz?

İnsanlar soyuq havada yatdıqlarını deyir, sən deyirsən çadır paylamışıq. Bizə verdiyiniz məlumata əsasən vəziyyətin yaxşı olduğunu düşündük.

Zəlzələdən bir neçə gün keçib, lakin bəzilərinin çörəyi, suyu, çadırı yoxdur. Bunu bizə deyərdiniz ki, bütün lazımi əşyalarla təmin edərdik.

İnsanların şikayət etmək hüququ var. İnsanların yardım prosesi ilə bağlı bəzi tənqidləri tamamilə haqlıdır. Bu çatışmazlıqlar aradan qaldırılmalıdır”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərin ögey münasibətlə zəlzələ bölgəsindəki əhalini köməksiz qoyub. Hətta əhalinin köməyinə də mane olurlar.

Həmçinin yoxlayın

Türk tayfaları arasında Ayaz Ata hekayəti

GADTB: Ayaz Atanın hekayəsi bizə köhnə folklorumuzdan gəlir. Ayaz Ata haqqında çoxlu hekayələr, nağıllar danışılıb. …

Molla rejimin müstəmləkə siyasətinin nəticələrindən; Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır

GADTB: Güney Azərbaycanın Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır. Bu haqda Azərşəhr şəhərinin başçısı Rza …