Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Rəşt Şəhər Şurasının sədri Azərbaycanı parçalama planına etiraz edən azərbaycanlı millət vəkillərindən şikayət etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Rəşt Şəhər Şurasının sədri Əmir Hüseyn Ələvi Heyran gədiyini Gilan vilayətinin bir hissəsi kimi qələmə verərək, Ərdəbil və Urmiyənin məclisdəki millət vəkiləri Nadir Qazipur və Südeyif Bədridən zahiri şəkildə də olsa Azərbaycanı parçalama planına qarşı çıxdıqları üçün irqçi fars rejiminin məclisinə şikayət edib.

Həmin Gilan rəsmisi şikayətini aprel ayının 17-də məclisə təqdim edib. O iddia edib ki, guya həmin millət vəkilləri öz vəzifə həddini aşaraq, ixtilafa səbəb olmağa çalışıblar. Halbuki, Gilan rəsmiləri özləri irqçi fars rejiminin Azərbaycanı parçalama planının icraçısına çevrilərək, özləri ixtilafa səbəb olmuşlar.

Gilan rəsmiləri unudublar ki, Astaradan Rəştə qədər böyük bir ərazi Azərbaycan ərazisidir və Azərbaycandan qopardılaraq Gilana birləşdirilmişdir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın