Bazar ertəsi , İyun 16 2025
azfa

“Radiofarda”dan azərbaycanlı milli fəal Əli Vasiqi barədə proqram – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Radiofərda” İranın həbs etdiyi azərbaycanlı siyasi məhbus Əli Vasiqi barədə proqram hazırlayıb.

Azərbaycanlı fəalın qısa tərcümeyi-halı təqdim edilən proqramda aşağıdakı məlumatlar öz əksini tapıb:

“Əli Vasiqi 35 yaşnda Ərdəbildən olan milli-mədəni fəaldır. O, öz işi ilə bağlı incəsənətə meyilldiri. Əli Vasiqi 2 il həbsə məhkum edilib və hazırda Ərdəbil zindanının 2-ci bölməsində həbsdə saxlanılır.

Əli Vasiqi həmçinin mədəni fəaliyyətdən əlavə idmanla da məşğul olub. “Ədəbiyyat” ixtisası üzrə təhsil alan mədəni fəallın peşəsi tablo hazırlamaqdır. İş şəraitini yenicə qaydasına salmaqda olan Əli qardaşı Rza Vasiqi ilə birlikdə İranın məmurları tərəfindən döyülərək həbs edilmişlər. Ona görə də aylardır ki, iş yeri bağlı qalıb.

Son illərdə Əli Vasiqi müxtəlif dinc mədəni fəaliyyətlərinə, o cümlədən Urmiya gölünün durumu, insan haqlarının müdafiəsi və siyasi məhbuslara dəstək verdiyinə görə dəfələrlə həbs olunmuşdu.

Azərbaycanı fəalı isə son olaraq Qiyam meydanında olan iş yerində İran məmurları tərəfindən döyülərək yaxalanıb və 3 il həbsə məhkum edilib. Amelyasiya məhkəməsində isə fəalın həbs müddəti 2 ilə endirilmişdi və hazırda heç bir günahı olmadan Ərdəbildə həbsdə saxlanılır.  

Həmçinin yoxlayın

Tehran və Kərəcdə Xaməneiyə ölüm şüarı səsləndirilib- Video

GADTB: Bir sıra şəhərlərdə İsrail-İran müharibəsinin əsas səbəbkarı olan Əli Xameneiyə qarşı şüarlar səsləndirilib. Gecə …

İsrail Güney Azərbaycan şəhərlərində İranın hərbi obyektlərinə hücumlarını davam etdirir- Video

GADTB: İsrail gecədən səhərə kimi Güney Azərbaycan şəhərlərində İranın hərbi obyektlərinə müxtəlif hücumlar həyata keçirib. …