
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, regionu qarışdıran irqçi fars rejim Xəzərdə hərbi təlimlərlə bu bölgəni də hərbiləşdirməyə cəhd edir.
Rejimin Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadə bu barədə deyib ki, yaxın günlərdə İran Xəzər dənizində geniş hərbi təlimlər keçirəcək.
O, mətbuata açıqlamada qeyd edib ki, 4 gün davam edəcək təlimlər İranın ərazi sularında keçiriləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, helikopterlər də cəlb olunacaq.
Kontr-admiral nəzərə çatdırıb ki, İran və digər Xəzəryanı dövlətlər arasında hərbi əməkdaşlığın genişlənməsi haqqında danışıqlar aparılır. Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin komandanlıqları arasında növbəti görüş sentyabrda Rusiyada olacaq.