Cümə , Aprel 10 2026
azfa

Regionun cinayətkarları Türkiyəyə qarşı Əsədlə birləşdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Liviyada qiyamçı general Xəlifə Haftar və Misir Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamilin Əsəd rejimi ilə gizli görüşlər keçirdiyi ortaya çıxıb.

Haftarın Əsəd rejiminin yüksək rütbəli hərbi heyəti ilə həm ikili münasibətləri, həm də Türkiyəyə qarşı əməkdaşlıq planlarını müzakirə etdiyi bildirilib.

Haftar qüvvələri ilə rejim arasında 46 protokol da imzalanıb.

Haftar və Əsəd rejimi arasında keçirilən gizli görüşdə rejim əsgərlərinin Liviyaya göndərilməsi və bölgədə muzdlu hərbçilərin silahla təmin olunması barədə razılıq əldə edilib.

Məlumata görə, Misir Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamil isə Suriya Milli Təhlükəsizlik Təşkilatının sədri Əli Məmlüklə Dəməşqdə görüşüb. Bu ziyarətin gizli hədəfinin Türkiyəyə qarşı ittifaq yaratmaq olduğu vurğulanıb.

Həmçinin yoxlayın

Molla rejimi Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

GADTB: İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi TASS-a deyib ki? Hörmüz boğazından …

Türkiyənin “Çağrı Bəy” gəmisi Somalidə qazma işlərinə başlayacaq

GADTB: Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Çağrı Bəy” qazma gəmisinin Somaliyə çatdığını …

Bir cavab yazın