Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Rejim Əmaninin vəfatının 11-ci ildönümü mərasimində yaxaladığı fəalları zindana saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim mühəndis Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar yaxaladığı azərbaycanlı milli-mədəni fəalı Təbrizdəki zindana salıb.

Saxrejim yaxaladığı 8 nəfər azərbaycanlı fəalı oktyabrın 26-da özünün Təbrizki Beheşti Məhkəməsinə apararaq, onlara saxta ittiham irəli sürülüb.

Rejimin məhkəməsinin hakimi fəalların müvəqqəti azadlığa buraxılması üçün hər birinə 100 milyon tümənlik mülki vəsiqə təyin edib. Qərar qəsdən gec çıxarıldığı üçün iş vaxtı başa çatıb. Ona görə də fəalların zaminə buraxılması mümkün olmayıb.

Yaxalanan azərbaycanlı fəallardan hələlik Vəhid Əbhəri, Yusif Rəzəvi, Cəlil Bəyməhəmmədi, Şəhruz Bərzgər, Şahin Bərzgər və Babək Hüseyninin kimliyi müəyyənləşib. Qalan iki fəalın kimliyi barədə hələlik məlumat yoxdur.

Rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı fəallar Şahin və Şəhruz Bərzgərin ata evlərinə hücum edərək, yaxalayıb. Şahidlərin sözlərinə görə, Şəhruz saxlanılarkən ETTELAAT məmurları tərəfindən döyülüb. Bunlardan başqa isə 6 nəfər azərbaycanlı fəal Maralan qəbiristanlığında mərhum mühəndis Əmaninin məzarını ziyarət edərkən yaxalanıb.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın