Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Rejim azərbaycanlı fəal Məhəmməd Əbdülməhəmmədzadəni 27 ay həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadəni 27 ay həbsə məhkum edib. Şənbə günü 2019-cu il fevral ayının 2-də rejimin Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsi azərbaycanlı fəala qarşı “rejimin rəhbərini təhqir etmə” ittihamı il 15 ay və “rejimə qarşı müxalif qrupları təbliğ etmə” ittihamı ilə isə bir il həbs qərarını olduğu kimi təsdiq edilib.

Qeyd edək ki, azərbaycanlı fəal 2018-ci il dekabr ayının 22-də rejim tərəfindən “İranın rəhbərini təhqir etmə” və “rejimə qarşı müxalif qrupları təbliğ etmək” ittihamı ilə 27 ay həbsə məhkum edilmişdi.

Oxtay təxəllüslü azərbaycanlı fəal hazırda Təbrizin Ayaqqabı bazarında çalışır və orada işçilərin hüquqlarını da müdafiə edir. Fəal 2018-ci il oktyabr ayının 10-da Ayaqqabı bazarı tətillərə başladığı vaxt evdən işə gedərkən yaxalanmışdır.

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın