Cümə axşamı , Fevral 12 2026
azfa

Rejim azərbaycanlı fəal Rəhim Qulamini Apelyasiya Məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim tanınmış azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Rəhim Qulami Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinə çağırdı.

Rejimin məhkəməsinin elektron formada göndərdiyi çağırış məktubuna əsasən azərbaycanlı fəal avqustun 27-də rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidi.

Azərbaycanlı fəal şərlənərək rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində “GAMAC” təşkilatına üzv olmaqda və internetdə sistemin əleyhinə təbliğat aparmaqda, eləcə də Xomeynini təhqir etməkdə ittiham edilmişdir. Fəal birinci iki ittihamdan artıq bəraət almış, lakin hakim Xudadadi fəalı Xomeynini təhqir etmək ittihamı ilə 1 il həbsə məhkum edib.

Azərbaycanlı fəal hələlik 50 milyon tümənlik mülki vəsiqə qarşılığında rejimin Ərdəbildə zindanından müvəqqəti olaraq zaminə buraxılıb.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …

Bir cavab yazın