Cümə axşamı , Fevral 12 2026
azfa

Rejim azərbaycanlı fəal Səccad Monadini 12 ay həbs cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Səccad Monadini 12 ay həbsə məhkum edib.

Bununla bağlı rejimin Parsabad şəhərində yerləşən 2 nömrəli Cəza Məhkəməsinin 102-ci şöbəsinin rəisi Firuz Fərahani Məzrəə Cahan 2019-cu il yanvar ayının 8-də rejimin həmin bölgə üzrə İTTELAAT rəisi Həzrətinin sifarişi ilə hökm çıxarıb.

Rejim azərbaycanlı fəalı milli məhbuslara dəstək vermək və milli zəmində fəaliyyət göstərməkdə ittiham edib.

Rejimin sifarişi ilə ıxarılan hökmdə qeyd olunub ki, Səccad Monadi milli zəmində geniş fəaliyyət göstərir, milli məsələyə görə həbs olunan azərbaycanlı fəallara dəstək nümayiş etdirir. Son vaxtlar fəaliyyətini artıran S.Monadi “Muğan- Azərbaycan Milli Hərəkatı” Təşkilatı ilə də  gizlicə əməkdaşlıq edir. O divarlara şüar yazmaq və həmin görüntüləri millətçi cərəyana bağlı mətbuat orqanlarına çatdırmaqda da fəal iştirak edir. Səccad Monadi milli zəmində fəal olan şəxslərin fəaliyyəti barədə müxtəlif materiallar və sənədli filmlər hazırlamaq və onları daxili və xarici kütləvi informasiya vasitələrinə yaymaqda da fəaldır. Səccad Monadi həbsdə olan azərbaycanlı fəallara dəstək vermək məqsədi ilə divarlara “İbrahim Nuri azad olsun”, “İbrahim Nuriyə azadlıq”, “Siyamək Mirzayi azad olsun” və “Azərbaycan məhbusları azad olsun” kimi şüarlar yazıb.

Azərbaycanlı fəal bölücü şəxslərlə əlaqə qurmaq və GünAz TV görüntülər göndərməkdə də günahlandırılıb.

Monadi son aylarda rejimin Parsabad şəhərində yerləşən İnqilab Məhkəməsinə iki dəfə çağırılıb.

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …

Bir cavab yazın