Bazar ertəsi , Fevral 9 2026
azfa

Rejim azərbaycanlı fəallar Əlirza Fərşi və Behnam Şeyxini yaxalayarkən onları vəhşicəsinə döyüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı fəallar Əlirza Fərşi və Behnam Şeyxini yaxalayarkən onlara qarşı güc tətbiq edərək, vəhşicəsinə döyüb

Tehranın Evin zindanında salınan azərbaycanlı milli-mədəni fəallar ailələri ilə qisa telefon əlaqəsində bu barədə məlumat veriblər.

Fəallar bildiriblər ki, onlar məhkəmə qərarının göstərilməsini tələb edib, lakin rejimin məmurları imtina edib və onlara qarşı güc tətbiq ediblər. Fəalları vəhşicəsinə döyərək həbs ediblər.

Qeyd edək ki, Əlirza Fərşi iyulun 21-də axşam vaxtı evinə qayıdarkən, Behnam Şeyxi isə eyni gündə Tehranın İnqilab meydanında yaxalanmışdır. Onlar iyulun 22-də Evin zindanında  karantin bölməsinə köçürülmüşlər.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın