Çərşənbə axşamı , Sentyabr 17 2024
azfa

Rejim azərbaycanlı siyasi məhbus Lətif Həsəni cəzalandıraraq, məzuniyyət hüququndan məhrum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Kərəcin Rəcayişəhr zindanında həbsdə saxladığı azərbaycanlı milli-mədəni fəal dr.Lətif Həsənini cəzalandırmaq məqsədilə məzuniyyətə çıxmasına mane olub.

Rejimin rəsmi orqanları iddia edirlər ki, azərbaycanlı məhbusun onlarla davranışına görə ona cəza tətbiq edərək, onu məzuniyyət haqqından məhrum ediblər. Halbuki, azərbaycanlı siyasi məhbus 4 il öncədən qanmuni şəkildə öz məzuniyyət hüququndan istifadə edə bilib və rejim qanunsuz olaraq indi azərbaycanlı siyasi məhbusu bu hüququndan məhrum edib.

Qeyd edək ki, dr.Lətif Həsəni Təbrizdə irqçi fars rejimin İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən qondarma ittihamlarla 8 il həbs cəzasına məhkum edilib. O 6 il yarımdır cəzasını Kərəcin Rəcayişəhr zindanının 4-cü bölməsində çəkməkdədir.

Azərbaycanlı siyasi məhbus 2 ildir rejimin zindanının 10-cu zalında saxlanılan digər siyasi məhbuslarla birlikdə bütün məhbus hüququndan məhrumdur və ağır şəraitdə saxlanılır.

Dr.Lətif Həsəni 4 il əvvəldən hər 4 ayda 3-5 gün məzuniyyətə buraxılsa da, o son 15 ayda yalnız bir dəfə məzuniyyətə buraxılıb.

Həmçinin yoxlayın

Britaniya aviasiya sənayesinə tədarüklə bağlı İrana yeni sanksiya tətbiq edib

GADTB: Bu gün Britaniya hökuməti İrana qarşı strateji əhəmiyyət kəsb edən mal və texnologiyalara qarşı …

Xoyun “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 illiyi ilə bağlı keçirilən mərasim ETTELAT tərəfindən ləğv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy bölgəsində “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 …

Bir cavab yazın