Çərşənbə , Yanvar 27 2021
azfa

Rejim azərbaycanlı siyasi məhbus Yusif Karini Ərdəbildə zindanın 1-ci bölməsinə köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbildə həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Yusif karıni dünn dekabrın 14-də Ərdəbildə yerləşən zindanın 7-ci bölməsindən 1-ci bölməsinə köçürüb.

Azərbaycanlı fəal bir ilə yaxın Abbas Lisani və başqa siyasi məhbuslarla bir yerdə 7-ci bölmədə iki illik həbs cəzasını çəkməkdə idi.

Hazırda azərbaycanlı milli fəalın başqa bölməyə köçürülməsinin səbəbi koronavirusun yayılması və onun sağlamlıq vəziyyəti barədə ailəsinə məlumat verməsi bağlı olması ehtimal edilir.

Son zamanlar onların bölməsində koronavirus infeksiyası yayıldığı üçün azərbaycanlı siyasi məhbuslardan Abbas Lisani və Vasiqi qardaşları və Yusif Karinin korona xəstəliyinə tutulduğu bildirilirdi.

Qeyd edək ki, Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən yaxalanmışdır. O sonralar rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilmişdi. Lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Həmçinin yoxlayın

Ağ və Qara “Qoyunlu”lar. Azərbaycan dövlətlərinin öz adı

GADTB: Almaniyanın Höttingen universitetinin alimi Gerhard Deyrfer deyib: “Türkmən” sözünün hələ qarışıqlığa səbəb olması çox …

İran və Ermənistanla enerji sahəsində əməkdaşlığı gücləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Enerji naziri Rza Ərdəkanian Ermənistanın İqtisadiyyat nzairiVahan …

Bir cavab yazın