Cümə , Sentyabr 25 2026
azfa

Rejim azərbaycanlı fəal Əyyub Şirini həbs və şallaq cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal Əyyub Şirini şərləyərək  həbs və şallaq cəzasına məhkum etdi.

Rejimin Təbrizdə yerləşən Cinayət Məhkəməsinin 2-ci şöbəsinin çıxardığı qərara əsasən, fəal  “ictimai asayişi pozmaq”da ittiham edilərək 12 ay həbs və 74 şallaq zərbəsinə məhkum edilib.

Məhkəmə azərbaycanlı fəal barəsində çıxarılan hökmün icrası bir illiyə təxirə salınıb. Bununla yanaşı koronavirus infeksiyasının yayılmasına görə, Əyyub Şiri Təbriz prokurorluğunun nəzarəti ilə yoxsul ailələrə və ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə 10 milyon tümən dəyərində dezinfeksiya və qoruyucu vasitələr almağa məhkum edilib.

Qeyd edək ki, azərbaycanlı fəal Əyyub Şiri 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar dövründə onlarla digər azərbaycanlı  fəalla birlikdə yaxalanmışdır.

Fəal, bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

Bir cavab yazın