Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Rejim azərbaycanlı fəal Məhəmməd Dorostini 6 ay həbs cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin Xoy şəhərində yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi qiyabi şəlikdə azərbaycanlı milli-mədəni fəal Məhəmməd Dorostini 6 aylıq həbs cəzasına məhkum edib.

Azərbaycanlı fəal 2018-ci il dekabrın 9-da Xoyda rejimin polis məmurları tərəfindən yaxalanıb və şəhər məhkəməsinin 3-cü şöbəsi tərəfindən ittihamı elan olunduqdan sonra vəsiqə qarşılığında zaminə buraxılıb.

Fəal 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulmasının (21 Azər Hərəkatı) ildönümü münasibəti ilə elanlar payladığı üçün şərlənərək, sistemin əleyhinə təbliğat aparmaqda ittiham edilib.

Telefon vasitəsi ilə məhkəməyə çağırılan fəala yanvarın 16-da barəsində çıxarılan həbs qərarı elan olunub.

Azərbaycanlı fəala məhkəmə ilə bağlı çağırışlar yalnız SMS vasitəsi ilə göndərildiyi üçün onlara məhəl qoymayıb və məhkəməyə müraciət etməkdən imtina edib.

 

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın