Çərşənbə , Oktyabr 21 2026
azfa

Rejim azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşini Evin zindanının karantin bölməsinə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim koronavirus təhlükəsinin olmasına baxmayaraq azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşini Evin həbsxananın 209-cu bölməsində 75 gün saxlandıqdan sonra onu 4-cü bölmənin karantin hissəsinə köçürüb.

Zindanın 4-cü bölməsində saxlanılan azərbaycanlı fəal Tövhid Əmir Əmini və Kazım Səfabəxş yaxınları ilə telefon əlaqəsi saxladıqları zaman bu barədə xəbəri təsdiqləyiblər.

Günhaı türk dilində kitab alıb Güney Azərbaycanın ucqar kəndlərində kitabxanalar təşkil etmək olan Əlirza Fərşi belə bəyənilən fəaliyyətinə görə irqçi fars-molla rejiminin qəzəbinə tuş gəlib və 2019-cu il dekabrın 29-da rejimin təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində yaxalanaraq həbs edilib.

Azərbaycanlı fəal həmçinin 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün heç bir günahı olmadan rejimin Tehrandakı Apellyasi Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. İrqçi fars-molla rejimi koronavirus təhlükəsinə görə bir sıra məhbusları zaminə buraxsa da, azərbaycanlı siyasi məhbusları zindanlarda təhlükə qarşısında qoymaqdadır.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın