Şənbə , Sentyabr 26 2026
azfa

Rejim azərbaycanlı siyasi məhbus Siyamək Mirzaini saxta ittihamlarla yenidən həbs etmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 3 illik həbs müddəti qurtarmaqda olan və hazırda Evin zindanında həbsdə saxlanılan Siyamək Mirzaini yeni saxta ittihamlarla yenidən həbs etmək istəyir.

Azərbaycanlı fəal dünən Evin Zindanının Purokurorluğunun 6 nöpmrəli şöbəsinə aparılıb və fəala qarşı orada yeni saxta ittihamlar irəli sürülüb. Həmçinin onun müvəqqəti zaminə buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə təyin edilib.

Rejim azərbaycanlı fəalı yenidən həbsdə saxlamaq məqsədilə ona “Abbas Lisani və s. siyasi məhbuslarala telefon əlaqəsi saxladığı” və “Aclıq aksiyası keçirdiyinə” görə iş açıb.

Siyamək Mirzai isə bu ittihamları rədd edərək, bu məsələnin ETTELAAT İdarəsinin onu əlavə həbsdə saxlaması üçün yeni layihəsi olduğunu bildirib.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Siyamək Mirzai Azərbaycan türk millətinin pozulan hüquqlarını müdafiə etdiyi üçün irqçi fars rejim tərəfindən həbs edilmişdir. O həbs müddətində də qanunsuz olaraq məzuniyyətə buraxılmamışdır.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın