Cümə , Aprel 26 2024
azfa

Rejim azərbaycanlıların dil haqqı uğrunda mübarizə aparan fəalları Dünya Ana Dili Gününü həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinin Amerikanın səsinə istinadən yaydığı məlumata görə, Dünya Ana Dili Günü 1999-cu ilin fevralın 21-dən bəri qlobal şəkildə qeyd edilir. İranda isə ana dili gününü qeyd etdikləri üçün mühakimə edilən fəallar daxil olmaqla bir çox türk dil haqları müdafiəçisi bu günü həbsxanada keçirməkdədir.

Onlarla dil hüquqları fəalı isə Güney Azərbaycan və Tehranda mühakimə prosesinin tamamlanmasını və ya məhkum olduğu cəzanın icraya yönəldilməsini gözləyir.

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan Tovhid Əmir-Əmini və Kiyanuş Aslani 21 fevral 2019-da tutulublar. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, onlar Tehranda dünya ana dili günü münasibəti ilə hazırlanmış təbrik kartlarını payladıqları zaman nəzarət altına alınıblar. Əmir-Əmini 7 il 6 ay, Aslani isə 5 il həbsə məhkum olub. Kiyanuş Aslaniyə qarşı əlavə olaraq 2 il qeyri-hökümət təşkilatlara üzvlük və ictimai fəaliyyətdən məhrumiyyət cəzası çıxarılıb.

Keçən yanvar ayının 8-dən bəri Tehranın Evin həbsxanasında saxlanılan Əlirza Fərşi bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında dünya ana dili günü tədbirinə qatıldığı üçün mühakimə olunub. Əlirza Fərşi və onunla birlikdə mühakimə edilən Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi 2 il həbs və əlavə olaraq 2 il sürgün cəzasına məkum olublar.

Hazırda Tehran və Güney Azərbaycanın müxtəlif şəhərlərində həbsdə olan Əkbər Nəimi, İbrahim Nuri, Kazım Səfabəxş, Abbas Lisan, Lətif Həsəni, Şahin Bərzgər, Həkimə Əhmədi, Zeynəb Həmrəng, Müjgan Siyami, Əkbər Əzizi, Əbulfəz Fəkuri, Ehsan Şükrxudayi və Məhərrəm Vəlipur kimi fəallar da illərlə türk dil haqları çərçivəsində fəaliyyət göstəriblər.

UNESCO 1999-cu ildə 21 fevralı Dünya Ana Dili Günü elan etdikdən bir neçə il sonra güney Azərbaycan, eləcə də Tehran kimi vilayətlərdə yaşayan türklər bununla bağlı tədbirlər keçirməyə başlayıblar.

Marağada ana dili günü müraciəti imzalayan tələbələr təzyiq altında

2008-ci ildən bəri Dünya Ana Dili Günü tədbirlərini təşkil edilən və ya qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə qarşılaşıb.

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın