Cümə , Sentyabr 25 2026
azfa

Rejim etirazlar zamanı yüzlərlə günahsız insanı qətliam etdiyi Ələhvazda daha 79 nəfər saxladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqşi fars rejimin son etirazlar zamanı ərəb və qaşqayların, eləcə də əsasən Azərbaycan türklərinin yaşadığı Kərəc, Şəhriyar və Tehranda xüsusi qəddarlıqla dinc etirazçıları qətliam edib. Qaşqay şəhəri Sədrada dinc etirazçılar helikopterdən atəşə tutulub. Şəhriyarda pulemyotla dinc etirazçılar qətliam edilib. Bu şəhərdə 100-dən çox dinc etirazçı qətliam edilib. Ərəb şəhəri Məşərddə etirazçılar helikopter və uplemyotla atəşə tutulub. Təkcə Məşərdə 106 nəfərin qətliam edildiyi edildiyi bildirilir.

Rejim indi isə kütləvi həbslərə baxmayaraq, yenidən Məşərdə və ümumiyyətlə Ələhvaz 79 nəfəri həbs edib.

Rejim həmçinin qətliam və həbs etdiyi  insanları şərləyərk bildirib: “İxtişaşlar vaxtı ümumi və xüsusi mərkəzlərə, hərbi bazalara hücum edən 79 nəfər müəyyənləşdirilərək həbs edilib. Körfəz ölkələrinin dəstəyi ilə xüsusi təlim görən üç komandanın üzvlərinin təhlükəsizlik qüvvələrinə hücumda əli var ki, onlar da saxlanılıblar”.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

Bir cavab yazın