Rejim həbs etdiyi azərbaycanlı fəalları işgəncə edib təkadamlıq kameralara saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT İdarəsinin Salmasdakı məmurları 2020-ci ilin mart ayının 2-də həbs etdiyi azərbaycanlı milli fəallar Babək Xəbəri və Əmin Vəlizadəni yaxalayaraq vəhşicəsinə işgəncə edib və daha sonra Urmiyada rejimin zindanında təkadamlıq kameralara salmışlar.

Azərbaycanlı fəal B.Xəbərinin vəkili Urmiyada zindana müraciət edib fəalla görüşmək istəmiş, lakin zindanın rəisi onu təhqir edərək vəhşicəsinə zindandan bayıra çıxarmışdı.

Rejimin zindanının rəisi vəkilə bildirmişdir ki, həbs etdikləri B.Xəbərinin vəkil tutmağa haqqı yoxdur və əgər həmin vəkil yenidən müraciət etsə ona iş açıb həbs edəcəklər.

Qeyd edək ki, azərbaycanlı fəallar Babək Xəbəri və Əmin Vəlizadə hər ikisi də eyni vaxtda tutulub və sorğu-suala tutularaq vəhşicəsinə işgəncə ediliblər. Hazırda Babək Xəbərinin işgəncə edildiyi üçün vəziyyətinin kritik olduğu bildirlir. Zindanın rəisi onun klinikaya yerləşdirilməsinə də mane olub.

Bildirlir ki, azərbaycanlı fəallar vəhşicəsinə işgəncə edilsələr də rejimin saxta ittihamlarını boyunlarına almayıblar və fəaliyyətlərinin tam qanun çərçivəsində olduğunu əsaslandırıblar. 

Azərbaycanlı fəalların ailəsi rejimin ETTELAAT İdarəsinin təzyiqi altında olduğu üçün bu xəbər onların ailəsinin məlumatı olmadan yayınlanır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın