Çərşənbə , Oktyabr 21 2026
azfa

Rejim həbs etdiyi azərbaycanlı fəal Əkbər Nəiminin zaminə buraxılmasına mane oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Əkbər Nəiminin vəsiqə qarşılığında zaminə buraxılmasına mane olub.

Bu barədə fəalın özü ailəsi ilə qısa telefon əlaqəsində məlumat verib və deyib ki, barəsində mülki vəsiqə qərarı çıxarılıb. Lakin hakim onun zaminə buraxılmasına mane olur.

Azərbaycanlı fəal yaxalandıqdan təxminən bir ay sonra fevralın 18-də ailə üzvlərinə zəng edərək Evin zindanının 209-cu bölməsində saxlandığını deyib.

Əkbər Nəimi rejimin inqilab məhkəməsinin Evin zindanındakı şöbəsi tərəfindən zaminə buraxılması üçün 200 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıldığını deyib.

Fəalın ailə üzvləri fevralın 19-da mülki vəsiqə girov qoymaq üçün şöbəyə müraciət ediblər. Lakin hakim hələlik Əkbər Nəiminin dosyesi ilə bağlı işlərin yekunlaşmadığını bildirərək, onun zaminə buraxılmasına icazə verməyib.

Qeyd edək ki, mühəndis Əkbər Nəimi yanvarın 22-də, öz iş yerində saxlanaraq, naməlum istiqamətdə aparılmışdı. yaxalandıqdan sonra rejimin təhlükəsizlik qüvvələri fəalın evində axtarış aparmış, fəala məxsus notbuk, mobil telefon və kitabları müsadirə etmişlər.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …

Bir cavab yazın