Bazar ertəsi , İyul 27 2026
azfa

Rejim həbs etdiyi azərbaycanlı milli fəal Səhənd Məalini məzuniyyətə buraxmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusun yayılmasının ikinci dalğası ilə bağlı məhbusların məzuniyyətə buraxılması barədə yeni qərar verilsə də İran rejimi azərbaycanlı fəal Səhənd Məalinin məzuniyyətə buraxılmalarına icazə vermir.

İrqçi fars rejimin Prokurorluğu tərəfindən Məalinin sərbəst buraxılması üçün qəbul edilən mülki vəsiqə fəalın ailəsi tərəfindən təmin olunsa da, rejimin məhkəmə qərarlarını icra edən şöbəsinin hakimi İzədi milli fəalın məzuniyyətə buraxılmasına icazə vermir.

İzədi Sarab şəhərinin baş prokuroru Oliyanəsəb və rejimin təhlükəsizlik orqanları ilə müşavirə keçirdikdən sonra Məalinin zaminə buraxılmasına qarşı sıxıb.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Səhənd Məali iyunun 30-da öz iş yerində həbs edilərək Sarab zindanına aparılıb. Azərbaycanlı milli fəal 10 aylıq həbs müddətini çəkdikdən sonra fevralın 16-da sərbəst buraxılmışdı. Lakin Məali ailəsi ilə əlaqə saxlayaraq yenidən saxlanılma səbəbini barəsində çıxarılan bir il həbs qərarı ilə bağlı olduğunu deyib.

Azərbaycanlı fəal 2019-cu il mayın 2-də 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına köçürülmüşdü. Həbsdə ikən onun barəsində yenidən bir il həbs və pul cəriməsi qərarı çıxarılmışdı. Lakin hər iki dosyesi birləşdirildikdən sonra daha öncə çəkdiyi həbs müddəti də nəzərə alınaraq fevralda sərbəst buraxılmışdı.

Buna baxmayaraq təhlükəsizlik qüvvələri Məaliyə onun dosyelərinin birləşdirlmədiyini, məhkum olduğu bir il həbs cəzasını da çəkməli olduğunu bildirərək yenidən Sarab zindanına köçürüblər.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …

Bir cavab yazın