Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Rejim irqçilik simvolu olan Firdovsinin heykəlinin götürülməsi xəbərini yayan azərbaycanlı jurnalisti həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepahının təhlükəsizlik bölməsi irqçilik simvolu olan Firdovsinin heykəlinin götürülməsi xəbərini təqdir edərək yayan Azərbaycanlı jurnalist, “Maku Times” İnstagram səhifəsinin admini Yavər Sultani  yaxalayıb.

Azərbaycanlı jurnalist Sultani iyulun 13-də günorta saatlarında Makıda yaxalanıb.

Yavər Sultaninin Makı şəhərinin “Həftə Fələkəsi”ndə ucaldılan fars şairi irqçilik simvolu olan Əbülqasım Firdovsinin heykəlinin götürülməsi ilə bağlı yaydığı reportaja görə həmçinin iyulun 2-də də yaxalanılıb dindirilmişdir.

Həmin reportajda Yavər Sultani anti-türk və anti-ərəb şeriləri və irqçiliyi ilə məşhur olan Firdovsinin heykəlinin dünyada irqçi şəxsiyyətlərin heykəllərinin aşırıldığı bir vaxtda götürülməsini təqdir etmişdir. Azərbaycanlı jurnalistə bu bəyənilən əməlinə görə təzyiqlər davam edir və yaxalanıb.

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …

Bir cavab yazın