Cümə axşamı , Aprel 18 2024
azfa

Rejim “Məktəbə qəbulda fars dili testi” haqda xəbər yaydığı üçün İbrahim Savalanı məhkəməyə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Meşkinşəhrdə yerləşən təhsil idarəsi azərbaycanlı fəal İbrahim Savalanı bölgədə “Məktəbə qəbulda fars dili testi”nin icraya qoyulmasına dair xəbər yaydığı üçün məhkəməyə verib.

İbrahim Savalan Facebook səhifəsində bu barədə yazıb: “İyulun 31-də təhlükəsizlik polisindən telefon gəldi və Meşkinşəhr təlim və tərbiyə idarəsinin məndən şikayət etdiyini bildirdilər. Halbuki bəzi millət vəkilləri də farsca yetərlilik testinin icraya qoyulmasına etiraz bildiriblər”.

Məlumata görə, Savalan iyul ayının 20-də daha əvvəl mərhum atasının təşəbbüsü ilə təsis edilmiş bir məktəbin sənədləri ilə bağlı bir idarə işi üçün Meşkinşəhr təhsil idarəsinə müraciət etmişdi. O, təhsil idarəsində farsca yetərlilik testini keçə bilməyən bir uşağın atasının yalvarışlarına şahid olub və baş verənləri sosial media vasitəsi ilə paylaşıb.

İbrahim Savalanın xəbərindən sonra testin Güney Azərbaycanının digər bölgələrində də icraya qoyulduğu ortaya çıxdı və geniş əks-səda doğurdu.

Rejimin təhlükəsizlik polisinin İbrahim Savalana telefon edib, paylaşdığı xəbər üzündən məhkəməyə verildiyini bildirdiyi saatlarda İranın dövlət agentliyi İRNA da “farsca yetərlilik testi”-nin icraya qoyulduğuna dair bir reportaj yayımlayıb.

İbrahim Savalan özünün məhkəməyə verilməsi haqqında məlumat aldıqdan sonra həmçinin yazıb ki, məni məhkum etmək onlar üçün çətin olmayacaq. Bu bərabərsiz bir mücadilədir. Güvəndiyimiz tək şey haqlı olduğumuz, həmçinin Azərbaycan və Meşkinşəhr əhalisinin himayəsi və bizə olan etimadıdır.

İRNA-nın təhlil saytı İRNA Plus-ın reportajında uşaqları yetərlilik testindən keçə bilməyən bir neçə ailənin ifadələri əksini tapıb.

Qərbi Azərbaycanın Makı şəhərində yaşayan Münir Hüseyni adlı bir ana uşağının qüsurlu uşaqlar məktəbinə göndəriləcəyindən narahat olduğunu bildirib.

Münir Hüseyni İRNA Plus-a belə deyib: “uşağı məktəbə yazdırmaq üçün getdiyimizdə, müdir dedi ki, uşağınız öncə testdən keçməlidir. Ətraflı açıqlama vermədi. Sadəcə eşitmə və görmə testindən söz etdi. Bir neçə gün sonra telefon açıb səhər saat 8-də müraciət etməyimizi istədilər… testdən sonra dedilər ki, suallara cavab verə bilməyib və daha sonra yenidən müraciət etməlisiniz. İkinci dəfə uşaqlar testi keçə bilməsə, ‘Ümid’ adlı qüsurlu uşaqlar məktəbinə göndərəcəklərini söylədilər. Stressim var idi və narahat idim. Mən özüm uşaq tərbiyəçiliyi bölümündə təhsil almışam və bunu bir aşağılama sayırdım.”

Münir Hüseyni ikinci müraciətdə uşağının testi keçdiyini bildirib: “İkinci testdən sonra uşağımı qəbul etdilər. Onlardan soruşdum ki, uşağım birinci testi niyə keçmədi? Ondan nə kimi suallar soruşdunuz… Uşağım özü mənə anlatdı. Dedi ki, xanım məndən soruşub gecələri göydə nələr görürsən. Mən, ulduz görürəm, dedim. Xanım dedi, bundan sonra məktəbdə setare (farscada ulduz) deməlisən. Qızım demişdi ki, amma mən ulduz görürəm, setare görmürəm ki.”

Mühsin Abdullahi adlı bir ata isə deyib ki, “tərbiyəçi xanım uşağımın yaşını soruşdu. Oğlum türkcə cavab verə bilir, amma fars dilində cavab verə bilmədi.”

İbrahim Savalan yazıb ki, “məni məhkum etmək onlar üçün çətin olmayacaq. Bu bərabərsiz bir mücadilədir. Güvəndiyimiz tək şey haqlı olduğumuz, həmçinin Azərbaycan və Meşkinşəhr əhalisinin himayəsi və bizə olan etimadıdır.”

Keçən may ayında İranın Təhsil Nazirliyi “farsca yetərlilik testi”-nin məktəbəqədər uşaqlar üçün keçirilən müntəzəm sağlamlıq testlərinə əlavə olunacağını bildirib. İbtidai təhsil üzrə nazir müavini Rizvan Həkimzadənin açıqlamalarına əsasən, hazırlıqların tamamlandığı bölgələrdə 4 yaşındakı qeyri-fars uşaqlar da bu testlərdən keçirilə bilər.

Həmçinin yoxlayın

Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin quru olduğunu göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin …

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Bir cavab yazın