Çərşənbə axşamı , Yanvar 13 2026
azfa

Rejim Təbriz-Əhər avtomobil yolu layihəsini gecikdirdiyi üçün yarasız layihəyə çevrildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbriz-Əhər avtomobil yolu layihəsini gecikdirdiyi üçün yarasız layihəyə çevrildi. Bu Əhər və Herisin rejimin məclisindəki millət vəkili Beytulla Abdullahi məlumat verərək deyib ki, Təbriz-Əhər avtomobil yolunun tikintisindən sonra da tıxac problemi həll olunmayacaq.

O, layihənin çox gecikdirildiyi üçün tamamlandıqdan sonra da tıxacı azaltmayacağını bildirib.

“Həftə sonları Təbriz-Heris-Əhər yolunda ciddi tıxac yaranır. Bu tıxac yolun bağlanmasına səbəb olur. Gedişata baxsaq, bir neçə il sonra da tıxac problemində hər hansı dəyişikliyin olmadığının şahidi olacağıq. Bu marşrut xətti, həmçinin, Bakı-Təbriz yolunun bir hissəsidir. Belə getsə nəqliyyatın hərəkətinə nəzarət etmək mümkün olmayacaq. Buna görə də ya əlavə bir xətt açılmalı, ya da avtomobil yolu hələ tamamlanmamış bir avtoyola çevrilməlidir”, deyə, millət vəkili qeyd edib.

Həmçinin yoxlayın

Molla rejimi qətliamla etirazları tam boğmaq üçün “Starlink” peyklərini də hədəf alıb

GADTB: İran daxilində “Starlink” peyk internetinə çıxış ilk dəfə olaraq genişmiqyaslı şəkildə pozulub və bu, …

Şahçılar azərbaycanlı fəala hücum ediblər

GADTB: Güney Azərbaycandan olan fəal Yaşar Həkəkpur Torontoda şahçıların hücumuna məruz qalıb Azərbaycanlı fəal özünün …

Bir cavab yazın