Çərşənbə axşamı , İyul 8 2025
azfa

Rejim Təbriz Universitetinin türk dili və ədəbiyyatı öyrəncisi Yaşar Hüseynzadə Dəliri yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları sentyabrın 22-də Təbriz Universitetinin türk dili və ədəbiyyatı öyrəncisi Yaşar Hüseynzadə Dəliri yaxalayıblar.

Azərbaycanlı öyrəncini yaxalayarkən rejimin məmurları güc tətbiq ediblər. belə ki, rejimin təhlükəsizlik qüvvələrinə məxsus bir neçə avtomobil və motosiklet fəalı yaxalamaqda iştirak ediblər.

O digər türk öyrəncilərlə birlikdə türk dili və ədəbiyyatı ixtisası qrupunun xain müdiri Əhməd Fərşbafianın öz vəzifəsindən kənarlaşdırılması və bir neçə müəllimin türk dili ixtisasına cəlb olunmasında böyük rol oynayıb.

Əhməd Fərşbafiyan Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasının yaradılmasına qarşı olub, o öyrəncilərin bu ixtisasa cəlb olunmaması və ixtisasın ümumiyyətlə zəifləməsi üçün əlindən gələni edib.

Öyrəncinin yaxalanılmasında Əhməd Fərşbafianın əsas rol oynadığı ehtimal olunur.

Həmçinin yoxlayın

İsrailin İrana hücumunda ölənlərin sayı 1060-ı keçdi

GADTB: İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. Bu barədə İranın …

Washington Post: “Evin zindanından İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi”

GADTB: Amerika mənbələri, o cümlədən Washington Post qəzeti Tehrandakı Evin həbsxanasının İslam Respublikasının İsrailə qarşı …

Bir cavab yazın