Rejim Təbrizdə Sepidə Rəsulinin türkcə şeir kitabının təqdimat mərasimini dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT İdarəsinin məmurları Təbrizdə Sepidə Rəsulinin türkcə şeir kitabının təqdimat mərasimini başlayandan sonra dayandırdılar.

Əldə etdiyimiz məlumata görə, Təbrizin Mərkəzi Kitabxanasında azərbaycanlı şair Sepidə Rəsulinin “Çıraqsız gəzməkdir səni sevmək” kitabının təqdimat mərasimi keçirilərən 10 dəqiqə sonra irqçi fars rejimin ETTELAAT İdarəsinin məmurlarının ciddi müdaxiləsi ilə dayandırılıb.

Bu barədə tədbir iştirakçılarından biri deyib: “Təqdimat mərasiminin açılışından 10 dəqiqə sonra şəhərin üzdəniraq mədəniyyət işlərindən biri Mərkəzi Kitabxana ilə əlaqə saxlayaraq mərasimin dərhal dayandırılmasını tələb ediblər.” Beləliklə, rejimin təhlükəsizlik orqanları mədəni bir mərasimi qanunsuz şəkildə dayandırıb, bir daha Azərbaycan və onun mədəniyyətilə düşmənçiliklərini sübut etdilər.

Həmçinin yoxlayın

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Axios: Kuşner və Vitkofun təyyarədaşıyan gəmini ziyarət etməsi İrana mesajdır

GADTB: ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral …

Bir cavab yazın