Cümə axşamı , Fevral 12 2026
azfa

Rejim Təbrizin tarixi bazarının elektrik cərəyanındakı qısaqapanmadan yandığını iddia etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farsların Təbrizin tarixi bazarını yandıracaqları ilə bağlı hədələrinə baxmayaraq rejimin Təbrizə təyin etdiyi qubernator Təbriz bazarının bir qisminin yanmasına elektrik cərəyanında qısaqapanmasından baş verdiyini iddia edib.

Təbrizin qubernatoru Behruz Məhdəvi bazardakı yanğında zərərçəkmişlərlə görüşü zamanı iddia edib: “Aparılan araşdırmalardan sonra bəlli oldu ki, yanğına səbəb elektrik cərəyanındakı qısaqapanma olub. Burada 125 mağazanın 50-100 faizi yanıb. Yanan mağazalardan yalnız 90-ı sığortalıdır”, – o bildirib.

Qeyd edək ki, Təbrizin tarixi bazarındakı yanğın mayın 8-dən 9-na keçən gecə baş verib. UNESKO-nun siyahısında olan bu tarixi abidə dünyanın ən qədim və böyük örtülü bazarı hesab edilir.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …

Bir cavab yazın