Rejim Urmiya gölünün bərpasını bir neçə il daha geriyə atdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin öz sözümü tutmayıb və Urmiya gölünün bərpası üçün maliyyəni təmin etmədiyi üçün gölün bərpası daha bir neçə ilə geri salındı.

Urmiya gölünün Bərpası Təşkilatının katibi Xəlil Sai deyib ki, dövlət Urmiyanın bərpası üçün lazımi büdcənin yalnız 42 faizini ayırmışdır ona görə də gölün bərpası 2022-ci ildən 2027-ci ilə keçirildi.

Urmiya gölünün Bərpası Təşkilatının Qərbi Azərbaycan üzrə nümayəndəsi Fərhad Sərxoş isə bundan öncə demişdi ki, neçə aydır Urmiya gölünün bərpas üçün dövlət tərəfindən büdcə nəzərdə tutulsa da, dövlət orqanlarına bildirilməyib.

Sərxoş deyib: “Urmiya gölünün bərpasında əsas çətinlik maliyyə problemləridir. Urmiya gölünün bərpası üçün 200 milyard tümən təsdiqlənib, lakin indiyədək icra strukturlarına elan olunmayıb. Urmiya gölünün bərpası layihələri dövlət orqanlarının əlindədir və icra edilir. Bu layihələrdən bəzilərində 80-85 faiz irəliləmə var. Bunların büdcəsi təmin edilməlidir. Bundan əlavə, ikinci və üçüncü mərhələdə də Urmiya gölünün bərpası üçün büdcə verilməlidir. Əks halda, layihələr maliyyə problemləri ilə üzləşəcək. Buna görə, büdcə tədricən icraçı orqanlara verilməlidir ki, layihələrin icrasında fasilə yaranmasın”, o qeyd edib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın