Rejimim təyin etdiyi Kürd vali türk şəhəri Nüsrətabadın statusunun ləğv edib, onun yerinə kürd şəhəri təsis edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanın qərbi bölgəsini kürdləşdirib Kürdüstan yaradılması məqsədilə Qərbi Azərbaycan vilayətinə təyin etdiyi antitürk vali radikal mühacir kürdlərin mövqeyindən çıxış edərək türk şəhəri Nüsrətabadın statusunun ləğv edərək onun statusunu kürd kəndinə verdi.

PKK terror qruplaşmalarının himayədarı olan kürd vali Məhəmməd Mehdi Şəhriyari Tikantəpə (Təkab) bölgəsinin kürdlərin köçüb yaşadığı Aşağı Əhmədabad kəndinə şəhər statusunun verilməsi, Nüsrətabadın isə onun tabeliyinə keçməsi haqda qərar imzalayıb.

Nüsrətabada şəhər statusu verilməsi üçün illərdir ki, lazımı infrastrukturlar hazırlanmışdır. İranın daxili işlər nazirinin məsələ ilə bağlı müvafiq əmr verməsinə baxmayaraq hazırda kürdləşdirmə məqsədilə radikal kürd qruplaşmalar bunun qarşısını almaq istəyir.

Rejimin Aşağı Əhmədabad Kənd Şurasındakı əlaltıları Tikantəpənin deputatı Humayun Haşimiyə məktub yazaraq Nüsrətabadın şəhər statusunun geri götürülməsi, onun yerinə Aşağı Əhmədabadın şəhərə çevrilməsi tələbini irəli sürüblər.

Məktubda əhalinin tərkibi və sayı ilə bağlı səhv məlumat verilib və Nüsrətabadın şəhər kimi inkişaf etməyəcəyi iddia edilib.

Həmin məktub isə Haşimi tərəfindən Qərbi Azərbaycan valisinə göndərilib. Vali isə  məktubun üstünə dərkənar yazaraq “demoqrafik şərtlər və etnik məsələlər nəzərə alınaraq Aşağı Əhmədabadın ən qısa zamanda şəhərə çevrilməsi” haqda əmr verib.

Qeyd edək ki, Tikantəpənin Avşar xanları tərəfindən salınan Əhmədabad kəndinin nüfudsunun tərkibi son on illərdə Saqqız və Divandərədən köçürülən kürdlərin hesabına dəyişdirilib.

1979-cu il inqilabından sonra məntəqədə fəaliyyət göstərən kürd terror qruplaşmaları çaxnaşma və qorxu yaradaraq türkləri kənddən köçməyə vadar etdilər. Hazırda Aşağı Əhmədabad kəndinin yerlilərindən təkcə bir türk ailə qalır.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın