Çərşənbə axşamı , Sentyabr 28 2021
azfa

Rejimin əlaltıları Hamid Allahverdipurun qanuni məzuniyyətə çıxmasına mane oldular

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltıları Güney Azərbaycanın Əhər şəhərində yerləşən rejimin zindanında həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur qanuni məzuniyyət hüququndan istifadəsinə mane olublar.

Rejimin əlaltıları Rəməzan ayı münasibəti ilə elan olunan müzuniyyət üçün hazırlanan siyahıya Hamid Allahverdipurun adı daxil etməyiblər. Zindanın məsullarının rejimin məhkəmə və təhlükəsizlik orqanlarının göstərişi ilə fəalın məzuniyyətə çıxmasına mane olduğu bildirilir.

Qeyd edək ki, Güney Azərbaycanın Sulduz şəhərindən olan milli-mədəni fəal Hamid Allahverdipur məlum “Fitilə” verilişinə qarşı keçirilən etirazlarla əlaqədar məhkum edildiyi 7 aylıq həbs cəzasını çəkmək üçün rejimin Əhər şəhərində yerləşən zindanına aparılıb.

2015-ci ilin noyabr ayında İran televiziyasında uşaqlar üçün hazırlanan “Fitilə” proqramında rejimin göstərişi ilə Azərbaycan türkləri təhqir edilmişdir. Bunun isə Güney Azərbaycanda kütləvi etirazlara səbəb olmuşdur.

Rejim etirazlarda yaxaladığı fəalları həbsə məhkum edib. Rejimin Əhər şəhərində yerləşən İnqilab Məhkəməsi hökm çıxararaq Əkbər Əbulzadə, İbrahim Nuri və Saleh Molla Abbasini hər birini 10 ay, Hamid Allahverdipur, Süleyman Kazimi, İsrafil Fətullazadə və Murtaza Şökrini isə hər birini 7 ay həbs cəzasına məhkum etmişdi.

Azərbaycanlı fəal Hamid Allahverdipur da daxil olmaqla adlarını çəkdiyimiz fəalların 6-nın həbs qərarı rejimin Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi tərəfindən olduğu kimi təsdiq edilib.

Həmçinin yoxlayın

Fars-molla rejimindən Azərbaycana qarşı hədələr davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin daha bir deputatı Azərbaycanı Azərbaycanı hədələyib. …

Sayın Mikayil Oytanın 27 Sentyabr Anım Günü ilə bağlı bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosasiasiyası (AAA) prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Bir cavab yazın