Çərşənbə , İyun 18 2025
azfa

Rejimin əlaltıları Marağa Universitetində “21 Azər Hərəkatı”nın təhlili ilə bağlı tədbir keçirməyə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, rejimin əlaltıları Marağa Universitetində “21 Azər Hərəkatı”nın təhlili ilə bağlı tədbir keçirməyə icazə verməyib. Marağa Universitetinin Mədəniyyət Şurası 1945-ci il dekabrın 12-də Güney Azərbaycanda yaradılmış və bir il sonra Pəhləvi rejimi tərəfindən Güney Azərbaycanın işğal ilə süquta uğradılan Milli Hökumətinə aid məsələlərin təhlilinə dair tədbirin keçirilməsinə icazə verməyib.

Universitetin “Azərbaycanşünaslıq Dərnəyi”nin üzvləri “1945-ci il dekabrın 12-i hadisəsinin tarixi təhlili” mövzusunda tədbir keçirmək üçün universitetə müraciət edib. Lakin buna icazə verilməyib.

Universiteti idarə edən rejimin əlaltıları tədbirin siyasi olduğunu və dərnəyin fəaliyyət sahəsinə aid olmadığını irəli sürərək öyrəncilərin müraciətini rədd ediblər. Halbuki, Azərbaycan Milli Hökuməti, Güney Azərbaycanın müasir tarixinin ən önəmli hadisələrindən biridir. “Azərbaycanşünaslıq Dərnəyi” ictimai, tarixi və mədəni bir qurum kimi, “21 Azər Hərəkatı”nı təhlil etmək və onunla bağlı tədbir keçirmək imkanına malik olmalıdır.

“Azərbaycanşünaslıq Dərnəyi” isə müraciətin rədd edilməsi ilə razılaşmayıb, etirazını yazılı məktubla universitet rəhbərliyinə təqdim edib.

 

Həmçinin yoxlayın

Ərdəbildə partlayışlar baş verib

GADTB: Bu gün Ərdəbil şəhərinin bəzi bölgələrində güclü partlayışların baş verdiyi bildirilib. Bəzi “Telegram” kanalları …

GADTB başqanı sayın Əjdər Tağızadənin “TV Musavat” kanalında “İranın nüvə obyektlərinə hücum: Tehran boşaldılır, Çin İrana təyyarələr göndərdi- İran ABŞ-ı vuracaq” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın