Cümə , Sentyabr 22 2023
azfa

Rejimin Ərdəbildəki prokroru Abbas Lisanini tibbi məzuniyyətə buraxmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki prokroru Abbas Lisanini tibbi məzuniyyətə buraxılmasına mane olur.  Abbas Lisaninin ailə üzvləri  yanvar ayının 9-da səhər saatlarında Ərdəbil prokrorluğu və zindan rəsmilərinə müraciət etdikdən sonra fəalın məzuniyyətə buxaılmasına prokurorun mane olduğu məlum olub.

Rejimin Ərdəbildəki prokroru Seyid Abdullah Təbatəbayi qərar verən dövlət orqanlarının yazılı göstərişi olmadığını bəhanə edərək, fəalı həbsdə saxladığı məlum olub.

Rejimin prokror tibbi məzuniyyət barədə kordinasıyanın əlaqədar idarələr arasında şifahi olduğunu, qərarın icrasının gecikməsinin isə daha yuxarı instasiyalardan yazılı göstərişin gəlmədiyi ilə əlaqələndirib.

Qeyd edək ki, Abbas Lisaninin ailəsi yanvarın 7-də səhər saatlarında Ərdəbil Məhkəməsində olub və 800 milyon tümənlik girovu və Ərdəbil prokropru Seyid Abdullah Təbatəbayi tərəfindən verilən tibbi məzuniyyət barədə qərarı Ərdəbil zindanına təhvil veriblərlər.

Qeyd edək ki, bir müddət öncə rejimin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar koronavirusa yoluxdurulmuşdu. Qarabağ müharibəsi başlayandan görüş və telefon əlaqəsinə qadağa qoyulduğu Abbas Lisaninin də koronavirusa yoluxdurulduğu və vəziyyətinin ağır olduğu bildirilirdi.

30 sentyabr tarixində Lisani adına fəaliyyət göstərən “Telegram” və “İnstagram” səhifələrində bir video yayınlanmışdı. Videoda həbsindən bir neçə gün öncə A.Lisani yaxın gələcəkdə işğalçı ermənilərin kabuslarının gerçəkləşəcəyini bildirirdi.

Video çıxışında Abbas Lisani bildirirdi ki; “Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan parlamentdə Dağlıq Qarabağın işğalçılarına və işğalının tərəfdarlarına Qarabağ məsələsi həll olunmasa, Cənubi Azərbaycan adlı “yatmış dev” ilə qarşılaşacağıq. Əgər o dev oyansa bizi yox edəcək.

Həmin video müraciətdə Abbas Lisani deyirdi ki, “Türk və Azərbaycan düşmənlərinə pis xəbərim var. Onlara bildirmək istəyirəm ki, yatmış dev Azərbaycan artıq oyanıbdır. İran opozisionu dekabr 2017-ci il etirazlarında Azərbaycanın siyasi çəkisini başa düzgün dəyərləndirə bilmədilər. Bu onların ciddi stratejik səhvi idi. Bu gün Azərbaycan güclü şəkildə bir neçə cəbhədə döyüşməəyə qadirdir. Bu cəbhələrdən biridə Qarabağ cəbhəsidir. Vaxtı çatanda hamı Azərbaycanın necə bir güc göstərəcəyinin şahidi olacaq.”

Həmin müraciətdən, eləcə də aksiyalara çağırışlardan bir müddət sonra Güney Azərbaycan şəhərlərtində İranın Ermənistana yardımlarına etiraz olaraq aksiyalar başlandı. Güney Azərbaycanda Azərbaycan Türk Milləti Nurduz keçid məntəqəsinin bağlanmasını tələb etmişdi.

Xatırladaq ki, azərbaycanlı milli fəal Abbas Lisani rejimin məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib və hazırda Ərdəbil zindanının 7-ci bölməsində həbsdə saxlanılır. İran Ali Məhkəməsi isə rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı ədalətsiz qərarı olduğu kimi qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Ceyhun Bayramov erməni təxribatlarını BMT-də nümayiş etdirdi

GADTB: Azərbaycan lokal antiterror əməliyyatlarına başladı və legitim hədəflərin zərərsizləşdirməsinə yönəlmişdi. Bu tədbirlər BMT Nizamnaməsində …

Molla rejimi etirazlarda öldürdüyü azərbaycanlı gəncin ailəsinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Güney Azərbaycanın Qəzvin şəhərindən …