Şənbə , Aprel 20 2024
azfa

Rejimin Əhərdə yerləşən prokurorluğu İbrahim Nurinin zaminə buraxılmasına mane oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin Əhərdə yerləşən prokurorluğu azərbaycanlı milli-mədəni fəal və hüquq öyrənisi İbrahim Nurinin müvəqqəti zaminə buraxılmasına mane olub.

Evin həbsxanasında həbsdə saxlanılan fəal avqust ayının 28-də ailəsi ilə telefon əlaqəsində bildirib ki, artıq Evin zindanının qarantin bölməsinə köçürülərək, onun zaminə buraxılması üçün 120 milyon tümənlik mülki vəsiqə təyin edilib. Lakin rejimin Əhər şəhərində yerləşən prokurorluğundan 6 aylıq həbsinin Apelyasiya Məhkəməsində təsdiq edildiyi bildirilib. Prokurorluğun istəyi ilə həmin həbs hökmü Evin zindanında icra edilir. Ona görə də fəal müqqəti zaminə buraxılmır.

Fəalın bildirdiyinə görə, o bir ay təknəfərlik kamerada və 25 gün iki nəfərlik kamerada saxlanılıb. Babək Qalası Qurultayı mərasiminə qatılmaq təsəvvürü ilə yaxalanan fəal saxta ittihamlarla qarşılaşıb. Onu “Azərbaycanlı fəal Abbas Lisaninin başçılığı ilə sistemi yıxmağa məqsədi güdən pantürkist və separatçı Çənlibel qrupuna üzvlükdə” ittiham ediblər.

Qeyd edək ki, azərbaycanlı fəal iyul ayının 2-də Tehranda yaxalanıb. Bu yaxınlarda Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı fəallara edilən  təzyiqlərlə bağlı geniş bir bəyanat yayıb. Bəyanatda irqçi fars rejimi tərəfindən azərbaycanlı mədəni fəalların qanunsuz saxlanılması pislənilərək, İbrahim Nurinin qeyd-şərtsiz sərbəst buraxılması tələb olunub.

Azərbaycanlı milli-mədəni fəal qeyri-müəyyən şəraitdə saxlanıldığı günlərdə avqust ayının 17-də fəalın qardaşı mərhum Həbib Nurinin vəfatının birinci ildönümü mərasimi keçirilib. Rejim həbsxanada saxlanılan Nuriyə qardaşının yas mərasimində iştirak etməyə belə icazə verməyib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın