Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Rejimin əlaltısı Şeirdust da Məqbərətüşşüərasının vəziyyətindən dəhşətə gəldi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan şairlərinin məqbərəsi hesab edilən Məqbərətüşşüəranın acınacaqlı vəziyyətdə olması irqçi fars rejimin əlaltılarından olan Əli Əsğər Şerdustu da dəhşətə gətirib.

O deyib ki, bu gözəllikdə bir tarixi abidəni elə viran qoyublar ki, sonunda nə baş verəcəyindən kimsə baş aça bilmir: “15 il bundan əvvəl ilə müqayisədə məqbərə daha baxımsız vəziyyətdədir. Məqbərətüşşüəra ilə bağlı məsuliyyət daşıyan müəyyən bir qurum yoxdur. Seyid Ziaəddin Səccadinin Sürxab Qəbiristanı haqda yazdığı 3 cildlik kitaba bir nəzər salsaq, onda məlum olar ki, bu abidə, əslində, Azərbaycanın şərəf və qurur duyduğu məkandır. Lakin indi belə utandırıcı duruma düşüb. Bundan əlavə, Şəhriyarın muzeyi də pis vəziyyətdədir. “İki Kamal” məqbərəsinə gəldikdə Taciklər buranı bizdən yaxşı tanıyırlar”.

Xaqani Şirvani, Əsədi Tusi, məşrutənin ən tanınmış şəhidi Siqqətülislam Təbrizi, Ustad Şəhriyar, eləcə də 400-dən çox tanınmış alim, şair və arifin əbədi məskəni olan Məqbərətüşşüəra kimi tanınan “Sürxab Qəbiristanı” indi elə bir vəziyyətə düşüb ki, burada abadlıq işləri aparan qurum özləri də nə etdiyini bilmir.

Xatırladaq ki, Şeirdust zaman-zaman ölkə üzrə radio şəbəkəsinin, “Soruş” nəşriyyatının rəisi, “Fars Dili Ədəbiyyatının İnkişafı Şurası”nın Katibi və İranın Tacikistandakı səfiri olub. Həmçinin, milli məclisin 6-cı dövründə millət vəkili seçildiyi üçün Ustan Şəhriyarın ölüm gününün İranda “Milli Şeir və Ədəb Günü” seçilməkdə böyük rolu olub.

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …

Bir cavab yazın