Rejimin ayrıseçkilik siyasəti nəticəsində Güney Azərbaycanın bəzi bölgələri susuzluqdan yanır-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanda müstəmləkə siyasəti nəticəsində çoxsaylı problemlər yaşanmaqdadır. Güney Azərbaycanın Muğan bölgəsinin bir neçə kəndin suyu bir həftədən çoxdur ki kəsilib.

COVİD-19 xəstəliyinin yayılması ilə əlaqədar təhlükəli bir vəziyyətin yaranmasına baxmayaraq, Muğanın Qaraqabaq Həsənxanlı (Əbdülrza Abad) kimi bir neçə kəndində su kəsilib və bununla əhalinin sağlıq durumu üçün təhlükə yaranıb.

Kəndlərin sakinlərinin dediyinə görə, bir həftədən çoxdur ki, bölgədə bu problem yaşanır, amma “heç bir dövlət qurumunun nümayəndələri, nə bələdiyyə başçısı və nə də başqa rəsmilər” xalq qarşısında cavabdeh olduqlarını göstərmir.

Kəndlilər deyirlər ki, rəsmilər onlara kömək etməlidir. “Bu vəziyyətdə suyumuz yoxdur, sağlamlığımız da yoxdur. Uşaqlarımız suya ehtiyac duyurlar”, onlar bildirir.

Onların dediyinə görə, ən azından daha öncə gün saat 12-yə qədər biraz su gəlirdi, amma indi iki gündür ki, artıq tam şəkildə sular kəsilib.

Kəndlilər əyalət rəsmilərindən bu vəziyyətə müdaxilə etmələrini istəyirlər. “Biz Araz çayının dibində ola-ola içməkli və təmizlik üçün suyumuz yoxdur. Nə zamana qədər bu şərtlər altında yaşayacağıq?” kənd sakinləri sual edir.

Güney Azərbaycanın Mərənd, Horand və s. bölgələrində də oxşar problemlər hökm sürürü və çox sayda bölgə və kəndlər susuzluqdan əziyyət çəkir.

İrqçi fars rejimin ayrıseçkilik siyasəti nəticəsində Horandda kəndlər susuz qalıb

Publicerat av Ali Huseyn Onsdag 19 augusti 2020

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Bir cavab yazın