Şənbə , Oktyabr 10 2026
azfa

Rejimin etiraz qorxusu: FƏTA polisi etirazları “qızışdıranları” müəyyənləşdirib cəzalandırmaqda vəzifələndirildi

GADTB: İrqçi fars-molla rejimi xalq etirazlarının baş verməsindən ehtiyat edərək müxtəlif tədbirlərə əl atır.

İran İslam Respublikası polisinin komandanı Əhmədrza Radan bildirib ki, benzin, iqtisadi vəziyyət və işsizlik ölkədə etirazların başlaması üçün bəhanəyə çevrilə bilər.

Əhmədrza Radanın iddiasına görə, FƏTA polisi və İctimai Təhlükəsizlik Polisi cəmiyyətdə və sosial şəbəkələrdə mövcud olan “gizli təbəqələri” müəyyənləşdirməli və onun ifadəsi ilə, insanları etiraza “təhrik edən” şəxslərlə mübarizə aparmalıdır.

Bu açıqlamalar son aylarda bahalaşma və işsizlik böhranından yaranan narazılıqların İranın müxtəlif şəhərlərində dəfələrlə küçə etirazlarına səbəb olduğu bir vaxtda səsləndirilib.

Radanın sözləri faktiki olaraq mümkün etirazlardan əvvəl internet məkanına polis nəzarətinin gücləndiriləcəyindən və etirazçı istifadəçilərin müəyyənləşdirilməsinə başlanacağından xəbər verir.

Həmçinin yoxlayın

Koalisiya sözçüsü: Yəmən silahlı qüvvələri Bab əl-Məndəb boğazını təmizləyib, terrorçu husilər dəniz yolu ilə qaçıblar

GADTB: Koalisiya qüvvələrinin rəsmi sözçüsü oktyabrın 9-da, cümə günü keçirilən hərbi əməliyyata aid videonu yayımlayaraq …

Bir qrup Azərbaycan fəalı həbsdən müvəqqəti azadlığa buraxılan Əli Vasiqi ilə görüşüb

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 8-də, cümə axşamı, 5 milyard tümən girov müqabilində Ərdəbil …