Şənbə , Oktyabr 31 2026
azfa

İraqdakı terrorçu qruplar İrandan aldıqları PUA və raketləri təhvil verməkdən imtina edir

GADTB: “Əl-Hədəs” telekanalı iraqlı təhlükəsizlik mənbələrinə istinadən xəbər verib ki, İraqdakı bəzi silahlı qruplar İran İslam Respublikasından aldıqları PUA-ları və dəqiq zərbə raketlərini təhvil verməkdən imtina edir.

Mənbələrin bildirdiyinə görə, “Əsaib Əhl əl-Həqq” qruplaşması da silahlarının bir hissəsini gizli məkanlara köçürüb.

“Əl-Hədəs”ə danışan mənbələr bildiriblər ki, bəzi qruplar silahların təhvil verilməsi ilə bağlı razılaşmaların icrasına başlayıb, lakin xüsusi hərbi imkanlarını bu prosesdən kənarda saxlayıb və silahlarının bir hissəsini gizli yerlərə köçürüblər.

Mənbələrin sözlərinə görə, bəzi qruplar daha əvvəl İraq hökumətindən aldıqları hərbi texnikanı, o cümlədən tankları və zirehli texnikaları təhvil veriblər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …