Rejimin həbs etdiyi Babək Hüseyni Müqəddəm və Əkbər Mühaciri mülki girov qarşılığında zaminə buraxıldılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Babək Hüseyni Müqəddəm və Əkbər Mühaciri 25 fevralda təxminən 3 aydan çox irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra mülki girov qarşılığında rejimin Təbrizdəki həbsxanasından zaminə buraxılıblar.

Fevralın 25-də müvəqqəti azadlığa buraxılan milli fəal Babək Hüseyni Müqəddəm noyabr etirazları zamanı heç bir günahı olmadan həbs edilmişdi. Müqəddəm daha öncə də 2008 və 2016 illərində irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, Sistemə qarşı təbliğat aparmaq ittihamı ilə suçlanıb 6 ay azadlıqdan məhrum edilmişdi.

Azərbaycanlı milli-mədəni fəal, Əkbər Mühaciri isə ötən il noyabrın 17-də Təbrizdə irqçi fars rejimin ETTELAAT İdarəsinin qüvvələri tərəfindən, ailəsinin gözü qarşısında 10 nəfərdən çox məmur vasitəsilə döyülərək həbs edilmişdi. O, 75 gün Təbrizdə yerləşən ETTELAAT İdarəsinin saxlama mərkəzində nəzarətə alındıqdan sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı öyrəncini edama məhkum etdi

GADTB: İrqçi fars-molla rejimin məhkəməsi azərbaycanlı öyrəncini edama məhkum edib. Molla rejimin Təbrizdəki İnqilab Məhkəməsi …

Güney Azərbaycanın Əndərigan və Astargan mədənlərindən ildə 170 kiloqramdan çox qızıl çıxarılır

GADTB: Şərqi Azərbaycan Əyalətinin Sənaye, Mədən və Ticarət Baş direktoru Sabir Parnian Əndərigan və Astargan …

Bir cavab yazın