Şənbə , Oktyabr 24 2026
azfa

Rejimin Kürdüstana birləşdirdiyi Azərbaycan şəhəri Bicarda əhali kürdləşdirmə siyasətinə etira etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Kürdüstana birləşdirdiyi Azərbaycan şəhəri Bicarda əhali kürdləşdirmə siyasətinə etira edib. Bicar əhalisi rejimin bu şəhərə təyin etdiyi İcra Hakimiyyətinin başçısına məktubla müraciət edərək bu bölgnin hakimi Əmir Nizam Gərusinin türk kimliyinin təhrif edilərək, kürd kimi yazılmasına etiraz bildiriblər.

5 il əvvəl Bicarın “15 Xordad” parkında Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Əmir Nizam Gərusiyə abidə ucaldılıb. Lakin abidənin üzərində yazılan məlumatda Qacar dövrünün tanınmış türk şəxsiyyətlərindən olan Əmir Nizam Gərusinin milli mənsubiyyəti təhrif olunaraq kürd kimi təqdim olunub.

Azərbaycan tarixinin bu şəkildə təhrif edilməsi isə yerli azərbaycanlı əhalinin kəskin etirazına səbəb olub. Şəhər əhalisi Bicar Şəhər İcra Hakimiyyətinin başçısına yazdığı məktubda bu tarixi şəxsiyyətin türk millətinə mənsub olduğunu diqqətə çatdıraraq, bu təhrifin ortadan qaldırılmasını tələb ediblər.

Qeyd edək ki, Bicar və Qürvə şəhərləri Azərbaycanın tarixi ərazisidir. Bu şəhərlər Pəhləvi rejimi dövründə yeni yaradılmış Kürdistan vilayətinininzibati ərazi bölgüsünə daxil edilib. 1979-cu il inqilabından sonra isə rejim bu məntəqəni kürdləşdiriməyə başlayıb.

 

 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın