Rejimin məhkəməsi azərbaycanlı fəal Səhənd Məaliyə çıxardığı 10 ay ədalətsiz həbs qərarını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin Sarabda yerləşən İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Səhənd Məalinin ədalətsiz məhkəmə qərarı barədə etirazını rədd eədərək, onun barəsində çıxarılan 10 aylıq həbs cəzasını təsdiqlədi.

S.Məali bundan öncə qiyabı çıxarılan hökmə etiraz edib və prosesə yenidən baxılmasını tələb etmişdi. Lakin rejimin İnqilab Məhkəməsi onun etirazını rədd edərək həbs hökmünü olduğu kimi təsdiqləyib.

Azərbaycanlı fəal 20 gün ərzində Apelyasiya Məhkəməsinə şikayət edə bilər.

Qeyd edək ki, rejimin Məhkəmə ETTELAAT İdarəsinin hesabatı və tapşırığı əsasında fəalı “separatçı və millətçi qrupların xeyirinə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edərək 10 ay həbsə məhkum etmişdi.

Xatırladaq ki, azərbaycanlı fəal Səhənd Məali iyulun 5-də irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin fəalın ata evinə hücum zamanı yaxalanıb. Məhkəmə hökmü təqdim etmədən evdə və fəalın atasının iş yerində axtarış aparan məmurlar Məalı ailəsini təhdid edərək azərbaycanlı fəala aid bir sıra şəxsi əşya, o cümlədən kompüteri müsadirə edərək aparmışlar. Fəal Babək Qalası Qurultayı ərəfəsində yaxalanıb.

Həmçinin yoxlayın

Bakıda İran Mədəniyyət Mərkəzi bağlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Bakıdakı “Mədəniyyət Mərkəzi”nin fəaliyyəti dayandırılıb. Bununla bağlı …

Molla rejimi Urmiya gölünə ayrılan milyonlarla pulu yeyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aktyor Rza Kianian molla rejimin Urmiya gölünə ayrılan …

Bir cavab yazın