Cümə , Sentyabr 25 2026
azfa

Rejimin məhkəmə orqanı azərbaycanlı milli fəal Nadir Sadiqian barədə qərar çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdəki məhkəməsinin 2-ci bölməsi sentyabrın 19-da müraciət edən azərbaycanlı milli fəal Nadir Sadiqiana qarşı irəli sürülmüş iki ittihama barədə qərar çıxarıb.

İran rejiminin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsinin 15-ci bölməsi Sadiqiana qarşı irəli sürülmüş “İctimai asayişi pozmaq” və “Sistemə qarşı təbliğat” ittihamlarını təsdiqlyib və onun həbsi barəsində qərar verib.

Nadir Sadiqian iyulun 26-da Təbrizdə təhlükəsizlik məmurları tərəfindən yaxalanıb və daha sonra 11 avqustda Təbriz zindanına köçürülüb. Fəal avqustun 14-də girov qarşılığında zaminə buraxılıb.

Qeyd edək ki, iyulun 24-də Güney Azərbaycanın bəzi şəhərlərində, özəlliklə Təbrizdə əl-Əhvaz etirazlarına dəstək məqsədilə etiraz aksiyası keçirildi. Rejimin qüvvələri çox sayda azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …