Bazar , Oktyabr 25 2026
azfa

Rejimin Qərbi Azərbaycana təyin etdiyi Antiazərbaycan vali azərbaycanlı jurnalistlərə qənim kəsilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Qərbi Azərbaycan vilayətini Kürdüstanlaşdırmaq məqsədilə bu vilayətə təyin etdiyi kürd və Antiazərbaycan vali azərbaycanlı jurnalistlərə qənim kəsilib.

Kürd vali Azərbaycana və azərbaycan türklərinə qarşı gördüyü işləri ifşa edən azərbaycanlı jurnalistləri sifarişli məhkəməyə verməklə Azərbaycan mətbuatına qənim kəsilib.

Bir müddət öncə Güney Azərbaycanın qərb bölgəsində 200 min azərbaycanlının soyqırıma məruz qalmasını dəyərsiz məsələ adlandıraraq, Azərbaycan tarixini təhrif edib, azərbaycanlıları təhqir edən valinin çıxışının videosunu yayan “Yolpress” saytı Antiazərbaycan valinin qəzəbinə tuş gələrək, həmin saytın sahibinə sifarişli məhkəmə işi açılımışdır.

İndi isə valiliyin çillə öncəsi 5 nəfəri işdən çıxarması xəbərini əks etdirən “Urmiya 24” telegram kanalının müdiri antitürk vali tərəfindən hədələnib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın