Şənbə , Oktyabr 24 2026
azfa

Rejimin Qərbi Azərbaycana təyin etdiyi kürd vali 8000 kv.m Salmas ərazisini mühacir kürdlərə verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azırbaycanın qərb bölgəsini kürdləşdirmək məqsədilə Qərbi Azərbaycana təyin etdiyi kürd vali qanunsuz şəkildə türk torpaqlarını kürdlərə verməkdədir.

Güney Azərbaycanın Salmas şəhərinin kənarında 8 min kvadrat metrlik ərazi kürd vali Məhəmməd Mehdi Şəhriyari tərəfindən mühacir bir kürdə verilib.

Salmaslı fəallar sosial şəbəkədə videolar paylaşaraq bu ərazinin “dəri zavodu tikmək bəhanəsi ilə” mühacir kürdə verildiyini bildiriblər.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri və fəallar isə bu xəyanətə etriazlarını bildirərək, qərarın ləğv edilməsini tələb ediblər.

Salmasın ətraf ərazilərindən 8000 kvadrat metr mühacir kürdə satılıb

Publicerat av Ali Huseyn Måndag 17 augusti 2020

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın