Rejimin şəhəri hərbi poliqona çevirməsinə baxmayaraq Ərdəbildə milli şüarlar səsləndi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində keçirilən dünya millətləri voleybol liqasında irqçi fars rejimin mane olmasına baxmayaraq milli şüarlar səslənib.

İyunun 21-də Sultan Savalan stadionunda (Rzazadə stadionu) keçirilən yarışların birinci günündə tamaşaçılar rejimin stadionu hərbi paliqona çevirməsinə baxmayaraq milli şüarlar səslənib. Küçələrdə isə yenə azərbaycanlı gənclər üzərində milli şüarlar və “Yaşasın Azərbaycan” yazılmış plakatlar açmışlar.

Rejim stadionda milli şüarlar səsləndirilməsinə mane olmaq üçün bilet satışını məhdudlaşdırılmış, Tehrandan farsdilli liderlər gətirilib və stadiona bəsic qüvvələri və mülki geyimli məmurlar göndərib. Bütün bunlara baxmayaraq stadionun daxilində və ətraf küçələrində azərbaycanlı gənclər milli şüarlar səsləndirib və bir çox plakatlar nümayiş etdiriblər.

Qeyd edək ki, dünya millətləri voleybol liqası yarışları iyunun 14-dən 16-dək Urmiyanın “Durnalar yuvası” stadionunda keçirilmişdir. Yarışlar zamanı Azərbaycanla bağlı çoxlu şüar səsləndirildi. Bundan sonra irqçi fars rejimin idman nazirinin müavini Ərdəbildə Azərbaycanla bağlı şüarların səsləndirilməsi qadağan edilmişdir.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın