Çərşənbə , Yanvar 15 2025
azfa

Rejimin şərləyək həbsdə saxlamaq istədiyi Siyamək Mirzayi aclıq aksiyasına davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin saxta ittihamlar şərləyək həbsdə saxlamaq istədiyi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi Tehranın Evin zindanında aclıq aksiyasına davam edir. O artıq 4 gündür aclıq aksiyasındadır.

Qeyd edək ki, azərbaycanlı fəal yenidən şərlənməsi, eləcə də müvəqqəti zaminə buraxılması üçün vəsiqənin ailəsi tərəfindən təmin edilməsinə baxmayaraq sərbəst buraxılmamasına etiraz olaraq Evin zindanındakı 209-cu bölməyə köçürüldükdən sonra 2019-cu il iyulun 1-də aclıq aksiyasına başlayıb.

İrqçi fars rejim yenidən şərlədiyi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin girov qarşılığında müvəqqəti zaminə buraxılmasına icazə verməmişdi.

Azərbaycanlı fəalın ailə üzvləri dünən 2019-cu il iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsinə müraciət etmişdilər. Lakin fəalın ailəsi rejimin məmurlarının kobud cavabı ilə qarşılaşımışlar. Məmurlar demişdilər: “Gedin, hər zaman sizə zəng edilsə, onda gələrsiniz. Siyamək hələlik azadlığa buraxılmayacaq”.

Siyamək Mirzayi 3 illik həbs müddətinin sona çatması ilə yenidən həbsdə saxlanılması məqsədilə rejim tərəfindən yenidən şərlənərək 2019-cu il iyunun 26-da “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib. Bundan sonra onun müvəqqəti zaminə buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunub.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan valisi Rza Rəhmani mühacir kürd Qəsim …

Molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB: İrqçi fars-molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir. Tehranın Evin …

Bir cavab yazın