Çərşənbə , Oktyabr 28 2026
azfa

Rejimin Sarabda yaxaladığı azərbaycanlı fəallar vəsiqə qarşılığında zaminə buraxıldılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Güney Azərbaycanın Sarab şəhərində yaxaladığı  azərbaycanlı fəallar vəsiqə qarşılığında zaminə buraxıldılar.

Məlumata görə, Sarab şəhərində yalanan azərbaycanlı fəallar Səhənd Məali, Vəhid Nurəhmədi, Heydər Məzini və Məhəmməd Rəncbər vəsiqə girov qoymaqla zaminə buraxılıblar.

Fəallar şərlənərək, “milli təhlükəsizliyə qarşı çıxmaq və sistem əleyhinə təbliğdə ittiam ediliblər. Səhənd Məaliyə 300 milyon riallıq vəsiqə təyin edilib. Vəhid Nurəhmədi, və Məhəmməd Rəncbər ilk dəfə yaxalndıqları üçün yazılı iltizamla sərbəst buraxılıblar. Heydər Məzini isə şərlənərək 350 milyon tümənlik vəsiqə zaminə buraxılıb.

Qeyd edək ki, rejimin məmurları 2018-ci il dekabr ayının 31-də saat 14:00-da azərbaycanlı fəal Səhənd Məalini öz iş yerində, azərbaycanlı fəal Vəhid Nurəhmədini saat 14:00-da öz evində, yenə saat 14-də azərbaycanlı fəal Heydər Məzinini öz iş yerində və saat 14:00-da Məhəmməd Rəncbəri öz evində yaxalamışdır.

Azərbaycanlı fəallardan Səhənd Məali Babək Qalası Qurultayı ərəfəsində rejimin məmurları tərəfindən yaxalanıb  və daha sonra heç bir günahı olmadan 10 ay həbsə məhkum edilmişdir.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın