Cümə axşamı , Mart 27 2025
azfa

Rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Şahin Bərzgəri sorğu-suala çəkib, hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgəri çağıraraq, sorğu-suala çəkib və hədələdi.

Məlumata görə, irqçi rejim azərbaycanlı fəalı asılı vəziyyətdə saxlayıb məhdudlaşdırmaq üçün ona qarşı saxta ittihamlar irəli sürür.

Azərbaycanlı fəalın mərhum Həsən Dəmirçi ilə vida mərasiminə qatıldığına və zindanlarda həbs edilən azərbaycanlı fəallara dəstək verdiyinə görə rejimin təhlükəsizlik orqanlarına çağırılaraq, təhdid və təzyiqlərlə qarşılaşıldığı bildirilir. Fəal heç bir günahı olmadan sorğu-suala çəkilib, şərlənir.

Qeyd edək ki, fəal bir müddət önə Polis İdarəsi Təhlükəsizlik Bölümünün məmurları tərəfindən yaxalanaraq, dindirildikdən sonra Təbriz zindanına aparılıb və daha sonra  mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Fəal şərlənərək, “sistemin əleyhinə təbliğat aparmaq” və “silahlı qüvvələrə qarşı bədbinlik yaratmaq” ittihamı ilə Hərbi Məhkəmənin birinci şöbəsində hakim Məleki tərəfindən mühakimə edilmiş, nəhayət 70 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Şahin Bərzgəri yenidən çağırılıb təhdid edilməsi prosesi onu göstərir ki, rejimin məhkəmə və təhlükəsizlik orqanları fəala qarşı qondarma ittihamlar irəli sürərək, ona iş açmaq istəyirlər.

Həmçinin yoxlayın

Qazaxıstan xarici işlər naziri: Bakı-İrəvan münasibətlərinin normallaşması geniş perspektivlər açır

GADTB: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması regiondan kənar bir çox ölkələr üçün geniş perspektivlər …

Pezeşkianın öz şəhərində də öz dilində danışması irqçi farsların etirazına səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın öz şəhərində də öz dilində danışması irqçi …

Bir cavab yazın