Çərşənbə axşamı , Oktyabr 6 2026
azfa

Rejimin yaxaladığı azərbaycanlı fəal Məhəmməd Mahmudi Təbrizə zindana köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabr etirazları dövründə irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudi Təbrizin Mərkəzi Zindanına köçürüləcəyini xəbər verib.

Fəal dekabrın 30-da ailəsi ilə qısa telefon əlaqəsi zamanı deyib ki,  o dekabrın 31-də Təbrizdə ETTELAAT İdarəsinin təcridxanasından bu şəhərin mərkəzi zindanına köçürüləcək.

Məhəmməd Mahmudi və digər azərbaycanlı fəalların ETTELAAT İdarəsinin təcridxanasında fiziki və psixoloji işgəncələrə məruz qaldığı bildirilir.

Qeyd edək ki, Məhəmməd Mahmudi noyabrın 17-də noyabrda etirazlar başladığı bir vaxtda gecə saatlarında Təbrizdə rejimin ETTELAAT məmurları tərəfindən yaxalanıb.

Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Məhəmməd Mahmudi iki qız uşağı atasıdır. Evin güzəranını təmin edən atanın yaxalanması ailə üzvlərini maddi sıxıntılarla qarşı-qarşıya qoyub.

Həmçinin yoxlayın

İsrail ordusu İrana qarşı müstəqil hücuma hazırlaşır

GADTB: “Israel Hayom” nəşri İsrail Müdafiə Qüvvələrinin ABŞ-nin mümkün müdaxiləsindən asılı olmayaraq İrana qarşı növbəti …

Tramp türk ölkəsi Özbəkistana səfər etmək istəyir

GADTB: ABŞ Prezidenti Donald Tramp Özbəkistana səfər etmək istəyir. Bunu ABŞ prezidentinin qlobal tərəfdaşlıqlar üzrə …

Bir cavab yazın