Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola bilər, lakin ölkə daxilində uranı zənginləşdirməyə icazə verilməyəcək.

Rubio Donald Trampın İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlı olduğunu və bu məqsədə danışıqlar yolu ilə nail olmağa üstünlük verdiyini bir daha vurğulayıb.

O deyib: “Tramp  müharibə vəd edərək hakimiyyətə gələn prezident deyil. Biz müharibə istəmirik.

Əgər İran mülki məqsədlər üçün nüvə proqramı istəyirsə, bir çox başqa ölkələr kimi bu proqrama sahib ola bilər. Başqa sözlə, İran xaricdən zənginləşdirilmiş nüvə materialı idxal edə bilər”.

Buna baxmayaraq İran nüvə təsisatlarında möhkömləndirmə aparır. ABŞ ilə danışıqlar davam etdiyi üçün İran yeraltı nüvə obyektlərini möhkəmləndirir.

ABŞ və İsrailin hücum təhdidləri fonunda 🇮🇷 İran əsas nüvə kompleksi ilə əlaqəli geniş təhlükəsizlik perimetri ilə dərində yerləşən iki tunel kompleksini möhkəmləndirir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, bu tunel komplekslərinin şübhəli məqsədlər üçün mümkün istifadəsini istisna etmək olmaz.

Agentlik bu məsələni dəfələrlə qaldırıb; Tehran isə Agentliyə deyir: Bu, sənin işin deyil!”

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …