Cümə , Sentyabr 18 2026
azfa

Urmiya gölünə axan Tatau çayının qarşısı alınıb

GADTB: Urmiya gölündə ekoloji fəlakətin dərinləşməsinə baxmayaraq, gölə axan daha bir çayın qarşısı alınıb.

Urmiya gölünə axan Tatau (Siminərud) çayının suyu yeni inşa edilən 6 metr enində kanala yönləndirilib.

Bununlada göl tam qurumasının qarşısını alan az miqdarda su payından da məhrum edilib.

Bu, cari yağış ilində yağıntıların ötən ilin eyni dövrü ilə müqayisədə 33% azalması, Urmu gölünün vəziyyətinin dahada pisləşməsi ilə eyni vaxta təsadüf edir.

Qeyd edək ki, son məlumata görə, göldə ekoloji problem davam edir və son mövsimi yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyard 340 milyon kubmetrdir.

Bununla yanaşı göldə suyun səviyyəsinin 1270,28, gölün sahəsinin isə 1140 kvadrat kilometr olduğu bildirilib.

Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

https://t.me/GADTB1/41849

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …